QafqazNews Konkret.az-a istinadən xəbər verir ki, Ermənistanın xarici işlər və beynəlxalq ticarət naziri Ararat Mirzoyan Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin Ermənistana səfərinin səbəbini izah edib.
Məsələ parlamentdə 2027-ci il dövlət büdcəsinin ilkin müzakirələri zamanı qaldırılıb. Deputat Kristine Vardanyan nazirdən seçkilərdən cəmi bir həftə sonra Hacıyevin Ermənistana getməsini zəruri edən səbəbi soruşub.
Mirzoyanın sözlərinə görə, həmin vaxt vətəndaş cəmiyyətləri, baş nazir müavinləri, ekspert qrupları və Təhlükəsizlik şuralarının katibləri arasında qarşılıqlı səfərlər keçirilirdi.
Hikmət Hacıyev 2026-cı il iyunun 14-də Dilicanda Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla görüşüb. Görüş Ermənistan parlament seçkilərindən bir həftə sonra keçirilib. Rəsmi açıqlamada bildirilib ki, müzakirələr iki ölkənin vətəndaş cəmiyyətləri arasında qarşılıqlı etimadın gücləndirilməsinə yönəlib.