QafqazNews Baku.ws-a istinadən xəbər verir ki, Fransada keçirilən ümumxalq nümayişləri səbəbindən Parisdəki Eyfel qülləsi ziyarətçilərin girişinə bağlanıb.
Noyabrın 5-də həmkarlar ittifaqlarının təşkilatçılığı ilə ölkə üzrə aksiyalar keçirilir. Bir neçə min nəfərin iştirak etdiyi nümayişlərdə insanlar maaşların artırılmasını və əhalinin alıcılıq imkanlarının yaxşılaşdırılmasını tələb edirlər. Bu barədə “Le Parisien” qəzeti məlumat yayıb.
Fransa hakimiyyətinin proqnozuna görə, etirazlara ölkə miqyasında 780 min nəfərədək insan qoşula bilər. Parisdə isə küçələrə 80 min nəfərədək şəxsin çıxacağı gözlənilir.
Etiraz dalğası sentyabrda paytaxt ətrafında tələbə və məktəblilərin keçirdiyi mitinqlərlə başlayıb. Həmin aksiyalarda nümayişçilər təhsil şəraitinin yaxşılaşdırılmasını tələb etmişdilər.