QafqazNews Kommersant-a istinadən xəbər verir ki, İsrailin kəşfiyyat xidməti Mossad-ın rəhbəri Roman Hofman keçən həftə ABŞ-a səfəri zamanı İranə qarşı hava zərbələrinin yenidən başlanmasını tələb edib.
The Wall Street Journal-ın mənbələrə istinadən verdiyi məlumata görə, Hofman 13 noyabrda Vaşinqtonda ABŞ administrasiyasının rəsmiləri ilə, o cümlədən Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Con Rətkliflə görüşüb. O, amerikalılara İranın nüvə proqramına dair İsrail kəşfiyyatının məlumatlarını təqdim edib və yeni, çoxgünlük hava zərbələri kampaniyasının keçirilməsini müdafiə edib.
WSJ yazır ki, Benyamin Netanyahunun bir neçə aydır İranla bağlı hücumların bərpasına çalışdığı qeyd olunur. Fars körfəzi ölkələri isə cavab zərbələrindən ehtiyatlanaraq tərəfləri danışıqlara təşviq edirlər.
Son qərarın Donald Trampda qaldığı vurğulanır. Qəzetə danışan bir ABŞ rəsmisi isə Tehrana qarşı iqtisadi təzyiq kampaniyasının o qədər effektli olduğunu, Vaşinqtonun böyük hərbi əməliyyatlara ehtiyac görmədiyini bildirdiyini söyləyib. Eyni zamanda, həmin mənbə ABŞ-ın bütün hərəkət seçimlərini saxladığını əlavə edib.