QafqazNews Yenisabah.az-a istinadən xəbər verir ki, ukraynalı futbolçu Mixayl Myudrik karyerasındakı hədəflərindən və futbola bağlılığından danışıb. O, ən böyük istəyinin dünyanın nüfuzlu fərdi futbol mükafatlarından sayılan “Qızıl top”a sahib olmaq olduğunu deyib.
Myudrik sağlamlığı və futbol oynamaq həvəsi imkan verərsə, 40 yaşına qədər meydanda qalmağı düşündüyünü bildirib. Futbola sevgisini ifadə edən futbolçu bu oyunu “Aya qədər gedib geri dönəcək qədər” sevdiyini vurğulayıb.
O, uşaqlıqdan etibarən başqa karyera seçimini nəzərdən keçirmədiyini, bütün diqqətini futbola yönəltdiyini söyləyib. Myudrik kiçik yaşlarından qarşısına məqsəd və arzular qoyduğunu, onları reallaşdırmaq üçün çalışmağa davam etməli olduğunu qeyd edib.
“Arzum ‘Ballon d'Or’ qazanmaqdır. Bir gün bu mükafata yiyələnə biləcəyimə inanıram və bunun üçün çalışacağıq. Sağlamlığım və həvəsim olsa, 40 yaşıma qədər futbol oynaya bilərəm. Uşaqlığımdan bəri ağlımda yalnız futbol olub, başqa heç nə. O vaxtkı balaca oğlanı məyus edə bilmərəm, irəliləyib arzularımı gerçəkləşdirməliyəm”, – deyə Myudrik bildirib.