QafqazNews Manset.az-a istinadən xəbər verir ki, “Qalatasaray”ın futbolçusu Viktor Osimhen sol dizindən aldığı zədəyə görə əməliyyat keçirib.

Klubun rəsmi saytının yaydığı məlumata görə, nigeriyalı hücumçu UEFA Çempionlar Liqasında “Ştutqart”la qarşılaşma zamanı zədələnib. MRT müayinəsi diz nahiyəsində sərbəst fraqment olduğunu üzə çıxarıb.

Osimhen bu gün İstanbulda komandanın həkimi Yener İncə tərəfindən artroskopik müdaxiləyə məruz qalıb. Klub əməliyyatın uğurla tamamlandığını bildirib.

Futbolçunun durumu hər gün qiymətləndiriləcək. Müalicəsi klubun tibbi heyətinin nəzarəti ilə davam edəcək.