QafqazNews Demokrat.az-a istinadən xəbər verir ki, “Fənərbağça” qış transfer dövründə heyətini gücləndirmək məqsədilə Braziliya bazarındakı futbolçuları nəzərdən keçirir.
İstanbul klubunun diqqətində “Botafoqo”da çıxış edən yarımmüdafiəçi Danilo da var. 25 yaşlı oyunçu baş məşqçi Emre Belözoğlunun rəhbərliyi altında orta xəttə əlavə güc verə biləcək namizədlərdən sayılır.
Məlumatda qeyd olunur ki, klub rəhbərliyi Danilo ilə yanaşı, Cənubi Amerikada oynayan digər braziliyalı futbolçuları da izləyir. “Fənərbağça”nın yanvarda bu istiqamətdə konkret addımlar atması mümkündür.
Danilo 2025-ci ilin iyulunda İngiltərənin “Nottingem Forest” klubundan “Botafoqo”ya keçib. Braziliya klubu futbolçunun transferinə təxminən 22 milyon avro xərcləyib. Onun müqaviləsi 2029-cu ilin iyulunadək qüvvədədir.
Yarımmüdafiəçiyə Rusiyanın “Zenit” klubu da maraq göstərib. Sankt-Peterburq təmsilçisinin bonuslar daxil olmaqla 40 milyon avroya çata bilən təklif verdiyi, lakin Danilonun bunu qəbul etmədiyi bildirilir. Futbolçunun Rusiya çempionatında oynamaq istəmədiyi qeyd olunur.
Danilonun “Botafoqo” ilə müqaviləsində beynəlxalq keçidlər üçün 200 milyon avro məbləğində sərbəstqalma şərtinin olduğu yazılır. Bununla belə, bəzi sənədlərdə 20 milyon avroluq başqa rəqəmin göstərildiyi iddia edilir.
2026-cı il dünya çempionatında Braziliya millisinin heyətində yer alan futbolçu Avropa klublarının diqqətini yenidən çəkib. “Botafoqo”nun Danilonun satışına görə 40 milyon avro tələb edə biləcəyi də bildirilir.