QafqazNews Konkret.az-a istinadən xəbər verir ki, noyabrın 19-da Bakı və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, arabir tutulacaq. Günün əsasən yağmursuz keçəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, cənub-qərb küləyi mülayim əsəcək, bəzi yerlərdə isə arabir güclənəcək.

Paytaxt və Abşeronda gecə 8-11, gündüz 17-21 dərəcə isti proqnozlaşdırılır. Atmosfer təzyiqi 759 millimetr civə sütunundan 753 millimetrə enəcək. Nisbi rütubət gecə 60-65, gündüz 50-55 faiz olacaq.

Ölkənin rayonlarında hava əsasən yağmursuz keçəcək. Bununla belə, gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli yağıntı və qar gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq, mülayim qərb küləyi bəzi ərazilərdə arabir güclənəcək.

Rayonlarda gecə temperatur 4-8, gündüz 15-20 dərəcə isti təşkil edəcək. Dağlıq ərazilərdə gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz isə 11-16 dərəcə isti gözlənilir.