QafqazNews Yenisabah.az-a istinadən xəbər verir ki, Səhiyyə Nazirliyinin tabeliyindəki “Səhiyyənin Təminat Mərkəzi” Publik Hüquqi Şəxsi uşaqlar üçün vaksinlərin satın alınmasına dair “Zeytun Pharmaceuticals” MMC ilə müqavilə imzalayıb.

Müqavilənin maliyyə dəyəri 2 270 790,70 manatdır. Satınalma 2023–2027-ci illərdə uşaqlar arasında yoluxucu xəstəliklərə qarşı immunoprofilaktika üçün nəzərdə tutulan vaksinləri əhatə edir.

Bundan bir il əvvəl Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Agentliyi şirkət barəsində protokol tərtib edib. Araşdırma zamanı “Zeytun Pharmaceuticals”ın dərman preparatını Tarif Şurasının müəyyənləşdirdiyi maksimal pərakəndə satış qiymətindən baha təklif etdiyi və bununla օրենսդրությունը pozduğu müəyyən olunub.