QafqazNews Konkret.az-a istinadən xəbər verir ki, Pentaqonun Milli Təhlükəsizlik Agentliyinin daxili rabitəsində istifadə olunan ultraməxfi şəbəkədə problem yaranıb.

“NSANet” adlı şəbəkə qurum əməkdaşlarına təşkilat daxilində məxfi məlumatları paylaşmaq imkanı verir. Nasazlıqla bağlı ikinci ən yüksək təhlükə səviyyəsi hesab edilən “sarı kod” elan olunub.

Hazırda şəbəkəyə kiberhücum edildiyini təsdiqləyən hər hansı sübut yoxdur.