QafqazNews Patrulaz.az-a istinadən xəbər verir ki, İran Prezidenti Məsud Pezeşkianın səhiyyə işçiləri ilə görüşdə səslənən şüara reaksiyası mediada və sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

Hadisə Pezeşkianın həkimlər və tibb işçiləri ilə tədbir çərçivəsində xatirə fotosu çəkdirdiyi zaman qeydə alınıb. Prezidentin yanında olan qadın həkim ona “Cənab doktor! Siz bir millətin fəxrisiniz… Yaşasın Azərbaycan!” deyə müraciət edib.

Pezeşkian gülümsəyərək cavab verib. O, əvvəlcə “Yaşasın Azər…” deyərək “Azərbaycan” sözünü işlətməyə başlayıb, lakin son anda fikrini dəyişərək “Yaşasın İran!” söyləyib.