QafqazNews Oxu.az-a istinadən xəbər verir ki, Pörl-Harbor hadisələrindən sağ çıxan ən yaşlı iştirakçı Frimen Conson 106 yaşında dünyasını dəyişib.

Conson 1941-ci il dekabrın 7-də Yaponiya hücumu başlayanda Oahu adasında yerləşən 87 min hərbçidən biri idi. Həmin vaxt “Sent-Luis” gəmisində xidmət edən dənizçi hücumu nə eşidib, nə də görüb. Gəmidəki yoldaşları torpedo bombardmançısını zenit silahlarından atəş açaraq vurublar.

“Sent-Luis” Sakit okeana doğru hərəkət edərkən də Conson hücum barədə çox az məlumatlı olub. O, göyərtəyə çıxanadək kreyser kiçik sualtı qayıqlardan yayınaraq dənizə çıxmağa nail olmuşdu.

Conson özünün zabit deyil, sıravi dənizçi olduğunu deyirdi. Onun sözlərinə görə, kapitan və köməkçiləri təşviş yaratmadan işlərini davam etdiriblər. Rəhbərlik aşağı rütbəli heyətə baş verənlər barədə təfərrüatları açıqlamamaq qərarına gəlib; bunun üçün vaxt da çox olmayıb.