QafqazNews Oxu.az-a istinadən xəbər verir ki, Bakının Yasamal rayonunda sürücülərin narazılığına səbəb olmuş yol xətlənməsində dəyişiklik edilib.
Dəyişikliklə bağlı videogörüntülər sosial şəbəkələrdə yayılıb. Sürücülərin daha çox cərimə aldığı Cəfər Cabbarlı küçəsindəki nişanlanma xətti yenilənib.
Bakıxanov küçəsindən köməkçi yolla körpünün altından metronun “Nizami” stansiyası istiqamətində hərəkət edən avtomobillər üçün ayrılmış hissədə əvvəllər 1.11 nişanlanma xətti vardı. Cərimələrə səbəb olan həmin xətt silinib və yerinə 1.7 nişanlanma xətti çəkilib.
Nəticədə, kəsişməyə daxil olan sürücülərin əvvəlki xətlənmənin tələblərini pozduqları üçün cərimələnməsi məsələsi aradan qalxıb.