QafqazNews Bakupost.az-a istinadən xəbər verir ki, xalq artisti Emin Ağalarov və Rusiyada tanınan azərbaycanlı müğənni Coni (Cahid Hüseynli) “VOICE Man Awards” mərasimində mükafat alıblar.
Emin “Biznes” kateqoriyasında “İlin layihəsi” nominasiyasının qalibi olub. Səhnədə onu təbrik edənlər sırasında rusiyalı bloger Oksana Samoylova da olub.
Coni “Musiqi” kateqoriyasında “İlin lirik ifaçısı” nominasiyası üzrə mükafatlandırılıb. Mükafatı sənətçiyə müğənnilər Alsu və Anna Sokolova təqdim ediblər.