QafqazNews Yenisabah.az-a istinadən xəbər verir ki, müğənni Fədayə Laçın görünüşündəki dəyişiklikləri sosial şəbəkə hesabında paylaşıb.

O, uzun sarı saçları, enli qara şlyapası və fərqli makiyajı ilə əvvəlki obrazından seçilib. Laçın qabarıq qollu qara libasını iri qızılı boyunbağı və qolbaqlarla tamamlayıb. Qırmızı dodaq boyası və göz makiyajı da yeni tərzinin bir hissəsi olub.

Müğənni paylaşımında yeni obrazda klip çəkdirdiyini bildirib. İzləyicilərinə müraciət edərək “Necədir indi görən? Qəşəngdir?” sualını ünvanlayıb.