QafqazNews Oxu.az-a istinadən xəbər verir ki, Konqo Demokratik Respublikasının (KDR) şərqindəki Kantine-Aloya yaşayış məntəqəsinə edilən hücum zamanı azı 37 nəfər öldürülüb. Hücumda “Müttəfiq Demokratik Qüvvələr” qruplaşmasının silahlıları iştirak edib.
Konqo ordusunun məlumatına görə, silahlılar Şimali Kivu əyalətində, Beni şəhəri yaxınlığında yerləşən qəsəbəyə basqın ediblər. Yaraqlılar dinc sakinləri qətlə yetirib, evləri qarət etdikdən sonra yandırıblar.
Bölgədə təhlükəsizliyin təmin olunması və silahlı qruplaşmaya qarşı mübarizə məqsədilə əraziyə əlavə ordu bölmələri göndərilib.