QafqazNews Oxu.az-a istinadən xəbər verir ki, Si Cinpin, Vladimir Putin və Donald Tramp noyabrın 19-da Şençjendə keçiriləcək üçtərəfli görüşdə qlobal sülhlə bağlı məsələləri müzakirə edəcəklər. Görüş Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq (APEC) sammiti çərçivəsində baş tutacaq.

Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Qo Szyakun gözlənilən toplantının gündəliyi barədə açıqlama verib. Onun sözlərinə görə, üç ölkənin lideri dünyada sülhə dair mühüm mövzular ətrafında ətraflı fikir mübadiləsi aparacaqlar.

Diplomat görüşün detalları barədə məlumatın yaxın vaxtlarda ictimaiyyətə təqdim ediləcəyini bildirib.