QafqazNews Bakupost.az-a istinadən xəbər verir ki, Xalq artisti Könül Xasıyevanın pubda çıxışı sosial şəbəkələrdə müzakirə doğurub.

Müğənninin həmin məkanda səhnəyə çıxması izləyicilər arasında birmənalı qarşılanmayıb. Paylaşıma münasibət bildirənlər “Sənətkarlarımız bu cür yerlərdə oxuyursa, deməyə söz yoxdur”, “Könül xanımı bu cür məkanlarda oxuyacaq duruma salanlar utansın” və “Könül xanıma uyğun yer deyil” kimi rəylər yazıblar.

Mənfi reaksiyalardan sonra pub paylaşımın şərh bölməsini bağlayıb.