QafqazNews Demokrat.az-a istinadən xəbər verir ki, müğənni Rəşad Altınsəs altı ayda 68 kiloqram arıqlayıb. Sənətçi çəki itirməsini mədəsindəki problemlərlə əlaqələndirib.

Onun sözlərinə görə, mədəsində turşuluq olduğu üçün həkimlər arıqlamağı tövsiyə ediblər. Artıq çəkinin səsinə də mənfi təsir göstərdiyi bildirilib.

Altınsəs ən yüksək çəkisinin 139 kiloqram olduğunu söyləyib: “Altı ay ərzində 68 kiloqram arıqladım. Anam məni görəndə ürəyi getdi, tanımadı. Elə bildi, hansısa xəstəliyə tutulmuşam. Dostlarım mənə ‘dədə’ deyirdilər. Elə bilirdilər ki, yaşca onlardan böyüyəm. Sonradan məlum oldu ki, əslində, hamısından kiçiyəm”.

Müğənni hazırda 71 kiloqram çəkidə olduğunu açıqlayıb.