QafqazNews Manset.az-a istinadən xəbər verir ki, ABŞ Geoloji Xidməti (USGS) Rumıniyada 5,3 maqnitudalı zəlzələ qeydə alındığını açıqlayıb. Yeraltı təkanlar yerli vaxtla saat 02:48-də baş verib.

Zəlzələnin episentri Vrança bölgəsindəki Nereju Mik kəndinin qərbində yerləşib. Təkanların ocağı təxminən 131 kilometr dərinlikdə olub.

Zəlzələnin qonşu ölkələrdə də hiss olunduğu bildirilir.