QafqazNews Lenta.ru-a istinadən xəbər verir ki, Antalyadakı Rusiya baş konsulu Sergey Vetrik Türkiyənin kurortlarında keçən mövsüm ərzində rus turistlər arasında kütləvi xəstəliklərin baş verməsi barədə məlumatları təkzib edib.
Vetrikin sözlərinə görə, KİV-də yayılan belə məlumatlar baş konsulluq tərəfindən yoxlanılır və əksər hallarda öz təsdiqini tapmır. O bildirib ki, onların əldə etdiyi məlumatlara əsasən həmin hallar mövsümi xəstəliklər və müxtəlif səbəblərdən yaranmış yerli qida zəhərlənmələri ilə bağlı olub.
"Əlimizdəki məlumata görə, söhbət müxtəlif bölgələrdə, xüsusən də dənizkənarı ərazilərdə tez-tez rast gəlinən mövsümi xəstəliklərdən və müxtəlif səbəblərlə bağlı lokal qida zəhərlənmələrindən gedir. Lakin bu vəziyyəti xüsusi və ya fövqəladə kimi xarakterizə edə bilmərəm, eyni zamanda onların kütləviliyini təsdiqləmək mümkün deyil", — Vetrik vurğulayıb.
Bundan əvvəl bəzi rusiyalı turistlər Türkiyədə geniş yayılmış zəhərlənmə hallarından şikayət edirdilər; onların sözlərinə görə, qoruyucu tədbirlərə əməl etmələrinə baxmayaraq üçüncü gündən etibarən qusma və ishal başlayıb.