QafqazNews Oxu.az-a istinadən xəbər verir ki, “Sabah” Misli Premyer Liqasının XII turunda səfərdə “Sumqayıt”a 5:1 hesabı ilə qalib gəlib.

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda baş tutan qarşılaşmada son ölkə çempionu rəqib qapısından beş top keçirib. Ksander Severina 22-ci, İvan Lepinitsa 42-ci, Timoteuş Puxaç 55-ci, Aleksey İsayev 67-ci, Xəyal Əliyev isə 75-ci dəqiqədə fərqlənib.

“Sumqayıt”ın yeganə qolunu 30-cu dəqiqədə Sedrik Dabalo vurub.

Qələbə sayəsində xallarını 24-ə yüksəldən “Sabah” turnir cədvəlinin hazırkı lideridir. 10 xalı olan “Sumqayıt” doqquzuncu pillədə qərarlaşıb.

Günün ilk oyununda “Zirə” ilə “İmişli” 2:2 hesablı heç-heçə edib. Misli Premyer Liqasının XII turu noyabrın 22-də başa çatacaq.