QafqazNews Konkret.az-a istinadən xəbər verir ki, metronun “Əcəmi” stansiyasının yaxınlığında yerləşən geyim mağazalarından birində oğurluğa cəhdlə bağlı şübhəli şəxslərin kimliyi müəyyənləşib.
Hadisə ilə əlaqədar yayılan görüntülər araşdırılıb. Polis əməkdaşlarının keçirdiyi tədbirlər nəticəsində əməli törətməkdə şübhəli bilinən iki qadın saxlanılıb. Araşdırma davam edir.
Məlumata görə, satıcı onların hərəkətini görəndə qadınlar “çantaya uşaq qoyub, bilməmişik” deyə cavab veriblər.