QafqazNews Nocomment.az-a istinadən xəbər verir ki, Şəmkirdə özəl tibb müəssisəsində abort əməliyyatından sonra halı pisləşən qadın xəstəxanada vəfat edib.

TƏBİB-in məlumatına görə, 20 noyabr saat 13:00 radələrində 1991-ci il təvəllüdlü pasiyent ağır vəziyyətdə Şəmkir Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Xəstəxanaya gətiriləndə onun nəbzi və arterial təzyiqi qeydə alınmayıb.

Həkimlərin reanimasiya tədbirləri nəticə verməyib və qadının həyatını xilas etmək mümkün olmayıb. TƏBİB hadisə ilə bağlı araşdırmanın davam etdiyini, yekun nəticələr barədə ictimaiyyətə məlumat veriləcəyini bildirib.