QafqazNews Konkret.az-a istinadən xəbər verir ki, Bakının Yasamal rayonunda evdə kişi meyiti aşkarlanıb.
Hadisə İnşaatçılar prospektində qeydə alınıb. 66 yaşlı Elşad Cahangir oğlu Rüstəmovun cəsədi yaşadığı mənzildə tapılıb. Onun bədənində zorakılıq izləri müəyyən edilməyib.
Faktla bağlı araşdırma aparılır.
Elşad Rüstəmov mərhum xalq rəssamı Cahangir Rüstəmovun oğludur. O, Azərbaycan Dövlət Pedaqoji Universitetində müəllim işləyib.