QafqazNews Oxu.az-a istinadən xəbər verir ki, Bakı-Qazax yolunun Ağdaş rayonu ərazisindən keçən hissəsində minik avtomobili yanıb.
Avtomobil qəfil alışıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin müvafiq qüvvələri cəlb olunaraq yanğını söndürüb. Buna baxmayaraq, nəqliyyat vasitəsi tamamilə yanaraq külə dönüb.
Faktla bağlı araşdırma aparılır.