QafqazNews Nocomment.az-a istinadən xəbər verir ki, Bakıda yaşlı qadının mənzilindən pul kisəsi oğurlayan şəxs oradakı əsginasları yoxlayarkən üzərində “etibarsızdır” yazılan pullarla rastlaşıb.

1992-ci il təvəllüdlü Həşim Fərəcovun (ad-soyad şərtidir) götürdüyü kisədə 700 manat həqiqi pul olub. Ev sahibi Cabbar Qaryağdıoğlu küçəsindəki mənzilində yuxudan oyanaraq onunla qarşılaşıb və “Kimsən sən, evimdə nə işin var?” deyə soruşub. Fərəcov isə “Xala, bağışla, səhv gəlmişəm” cavabını verərək evdən çıxıb.

Qadın səhər pulunun itdiyini görüb və polisə müraciət edib. Təqsirləndirilən şəxsin ifadəsinə görə, pul kisəsində 7 ədəd həqiqi 100 manatlıq əsginas, üzərində “etibarsızdır” yazılmış 6 ədəd 100 manatlıq əsginas, 1 saxta 200 manatlıq əsginas və 6 etibarsız 100 ABŞ dolları olub.

Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilən Fərəcov iki il müddətinə azadlıqdan məhrum edilib.