QafqazNews Yenisabah.az-a istinadən xəbər verir ki, Qazax rayonunun Kəmərli kəndində dəm qazı nəticəsində ölüm hadisəsi baş verib.

Bakı şəhər sakini, 1977-ci il təvəllüdlü V. Məmmədov kənddəki evdə dəm qazından boğularaq həyatını itirib. 49 yaşlı kişinin cəsədi müayinə üçün Məhkəmə-Tibbi Ekspertizanın Patoloji Anatomiya Birliyinin rayon şöbəsinə təhvil verilib.

Hadisə yerində polis və prokurorluq əməkdaşları olub. Faktla bağlı araşdırma aparılır.