QafqazNews Nocomment.az-a istinadən xəbər verir ki, noyabrın 22-də bir sıra bölgələrdə küləkli hava şəraiti gözlənildiyindən sarı xəbərdarlıq elan olunub.

Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, Mingəçevir, Yevlax, Bərdə, Tərtər, Göyçay, Ağdaş, Ucar, Zərdab, Kürdəmir, Qobustan, Gəncə, Naftalan, Goranboy, Göygöl, Daşkəsən, Gədəbəy, Kəlbəcər, Laçın, Ağdam, Ağcabədi, Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən, Xızı, Lerik və Yardımlıda qərb küləyi əsəcək. Küləyin sürətinin saniyədə 13,9-20,7 metr olacağı bildirilir.