QafqazNews Demokrat.az-a istinadən xəbər verir ki, Ağdamın Quzanlı qəsəbəsində məktəbli qız sahibsiz itlərin hücumuna məruz qalıb.
150 saylı tam orta məktəbin şagirdi hazırlıqdan evə qayıdarkən bir neçə it ona hücum edib. Hadisəni görən yaxınlıqda yaşayan şəxslər müdaxilə edərək qızı xilas ediblər.
Məlumata görə, məktəbli ayağından xəsarət alıb. Hadisə ilə bağlı araşdırma aparılır. Hücum təhlükəsizlik kamerasına düşüb.
Qeyd edək ki, həmin gün Şəkidə də itlərin hücumuna 4 yaşlı qız məruz qalıb.