QafqazNews Yenisabah.az-a istinadən xəbər verir ki, Sabirabadda evlənmək niyyəti ilə qaçan 17 yaşlı oğlan və 15 yaşlı qız kənd ərazisində gizləndikləri yerdə aşkarlanıblar.
Məlumata görə, Cavad kəndində yaşayan oğlan 2011-ci il təvəllüdlü qızla sosial şəbəkədə tanış olub. Bir müddət ünsiyyət saxladıqdan sonra ailə qurmağa qərar verən yeniyetmələr digər kənddə yaşayan qızın qaçırılmasına razılaşıblar. Oğlan onu öz evinə aparmayıb.
Cütlük Rusiyada yaşayan şəxsə məxsus, kənddə boş qalmış evdə gizlənməyi planlaşdırıb. Ancaq qapının bağlı olması səbəbindən içəri daxil ola bilməyiblər. Daha sonra həyətdəki köhnə ot tayasında gizləniblər.
Polis əməkdaşları dünən axşam keçirdikləri əməliyyat zamanı onları ot tayasında tapıblar. Yeniyetmələrlə profilaktik söhbət aparılıb, ardınca ailələrinə təhvil veriliblər.