QafqazNews Konkret.az-a istinadən xəbər verir ki, Şirvanda polisin keçirdiyi əməliyyat tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsi ilə əlaqədar axtarışa verilmiş İ.Rüstəmov tutulub.

İstintaqın məlumatına görə, o, bir müddət əvvəl tanışı A.Şərifovla iranlı narkotacirlə cinayət əlaqəsi yaradıb. Satış məqsədilə həmin şəxsdən 4 kiloqramdan çox narkotik vasitə və narkotik tərkibli metadon həbləri əldə ediblər.

Narkotacirin Şirvan ərazisində əvvəlcədən gizlətdiyi narkotikləri götürməyə gələn A.Şərifov polis tərəfindən saxlanılıb. Məhkəmə onu 9 il müddətinə azadlıqdan məhrum edib. İ.Rüstəmov isə hadisə yerindən qaçdığı üçün barəsində axtarış elan olunub.

Cinayət işi üzrə istintaq davam edir. Məhkəmənin qərarı ilə saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib.