QafqazNews Baku.ws-a istinadən xəbər verir ki, Sumqayıtın “Yaşıl dərə” adlanan ərazisindəki tuneldə çirkab suları toplanıb. Hadisə ilə bağlı sosial şəbəkələrdə görüntülər paylaşılıb.

Yayılan iddiaya görə, ərazidən keçən Azərbaycan Dəmir Yollarına (ADY) məxsus nasosun sıradan çıxması tunelin su altında qalmasına səbəb olub. Nəticədə avtomobillərin tuneldə hərəkəti çətinləşib.

ADY-nin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Bəxtiyar Hacıyev bildirib ki, ərazidə elektrik enerjisinin olmaması nasosların işində problem yaradıb. Onun sözlərinə görə, yığılmış su ötən gün axşamdan etibarən kənarlaşdırılıb, nəqliyyatın hərəkəti isə bərpa olunub.