QafqazNews Yeniavaz.com-a istinadən xəbər verir ki, Ermənistanın Baş naziri Nikol Paşinyan COP31 konfransına qatılmaq məqsədilə Türkiyənin Antalya şəhərinə səfər etməyi nəzərdə tutur.
Paşinyan bu planı noyabrın 5-də hökumət iclası başa çatdıqdan sonra jurnalistlərə açıqlayıb.
BMT-nin İqlim Dəyişikliyi üzrə 31-ci Konfransı 2026-cı il noyabrın 9-dan 20-dək Antalyada keçiriləcək. Dövlət başçılarının və yüksək vəzifəli nümayəndə heyətlərinin qatılacağı əsas görüşlər isə noyabrın 11-12-nə təyin edilib.