QafqazNews Baku.ws-ə istinadən xəbər verir ki, üç amerikalı astronavt ABŞ-də keçirilən seçkilərdə Beynəlxalq Kosmik Stansiyadan səs verib.

NASA-nın astronavtı Anil Menon həmkarları Lyuk Delaney və Cessika Uotkinslə birlikdə səslərini orbitdəki stansiyadan verdiklərini açıqlayıb. Bülletenlərin seçki rəsmilərinə çatdırılması təhlükəsiz elektron sistem vasitəsilə həyata keçirilib.

Menon X-dəki paylaşımında kosmosda olarkən də səsvermənin mümkün olduğunu bildirib. O, “seçki məntəqəsi” adlandırdığı yerə — Beynəlxalq Kosmik Stansiyadakı şəxsi kabinəsinə — ekskursiya etdiyini yazıb.

Astronavt formanı kompüterində dolduraraq Texas ştatının Harris dairəsinə göndərib. Menonun səsi həmin dairədə rəsmi qaydada qeydə alınıb.

Harris dairəsi NASA astronavtlarının adi seçki məntəqəsi sayılır. Bunun səbəbi agentliyin insanlı kosmik uçuş missiyalarını idarə edən əsas mərkəzi Johnson Kosmik Mərkəzinin Hyustonda yerləşməsidir.