QafqazNews Manset.az-a istinadən xəbər verir ki, İstanbulun Bahçelievler rayonunda tikinti ərazisində bünövrə üçün qazıntı aparılarkən torpaq sürüşməsi baş verib.

Hadisə nəticəsində bir neçə fəhlənin torpaq altında qaldığı bildirilir. Məlumatdan sonra əraziyə yanğınsöndürənlər, təcili tibbi yardım əməkdaşları və axtarış-xilasetmə qrupları göndərilib.

Xilasedicilər hazırda torpaq altında qalan işçiləri çıxarmaq üçün fəaliyyətlərini davam etdirirlər.