QafqazNews Nocomment.az-a istinadən xəbər verir ki, ABŞ prezidenti Donald Tramp Çin səfərinin yekunları barədə danışarkən Asiya-Sakit okean regionuna mühüm səfər etdiyini və bir sıra razılaşmalar əldə olunduğunu bildirib. Onun sözlərinə görə, bu razılaşmaların məqsədi təhlükəsizlik və sülhün təmin edilməsidir.
Tramp yaxın vaxtlarda yanacağın qiymətlərinin daha sürətlə enəcəyini gözlədiyini deyib. O, qiymətlərin İranla bağlı məsələlərin necə həll olunacağından asılı olduğunu vurğulayıb.
ABŞ lideri İranla saxta deyil, real razılaşma əldə etməyə çalışdıqlarını qeyd edib. Trampın sözlərinə görə, Tehran razılaşma axtarır, lakin Vaşinqtonun irəli sürdüyü şərtləri qəbul etmir.
Tramp Çin lideri ilə süni intellektdən istifadə sahəsində ortaq qaydaların müəyyənləşdirilməsi barədə razılığa gəldiyini də açıqlayıb. O, superintellekt yarışında ABŞ-ın Çindən öndə olduğunu bildirərək, qalib tərəfin hər şeyə sahib olacağını deyib.
Bundan başqa, Tramp ABŞ şirkətlərinin ölkə xaricində məlumat mərkəzləri yaratmaq cəhdlərinə görə ciddi sanksiyalarla üzləşəcəyini bildirib.