QafqazNews Lenta.ru-a istinadən xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp İranın mümkün “çirkin bomba” istifadəsinə yol verməyəcəklərini bəyan edib.
Tramp bunu Ağ Evdə keçirdiyi mətbuat konfransında söyləyib. O deyib ki, ona İranın “çirkin bomba” hazırladığı ilə bağlı şayiələr çatıb və ABŞ bu cür istifadə hallarının qarşısını alacaq.
Prezident vurğulayıb ki, Vaşinqton İranda baş verənlərin hamısını nəzarətdə saxlayır: “Biz onların nə dediklərini bilirik. Biz onların kim olduqlarını və harada olduqlarını bilirik. Biz bunu öyrənirik. Biz buna imkan vermərik”, — Trampın sözləri xəbərdə yer alıb.
Bundan əvvəl CNN telekanalı xəbər vermişdi ki, İranda ABŞ administrasiyasının yüksək vəzifəli şəxslərinə qarşı sui-qəsd planları hazırlanır. Telekanalın mənbələri bildiriblər ki, kəşfiyyat məlumatları hücumun labüd olduğunu göstərmir, lakin Tehran konkret hədəflər və yerlər müəyyənləşdirən planlar formalaşdırır və bu Vaşinqtonu gözlənilməz ssenarilərə hazırlaşmağa məcbur edir.