QafqazNews TASS-a istinadən xəbər verir ki, Türkiyənin energetika naziri Alparslan Bayraktar Rusiyanı ölkəyə uzun illər ərzində enerji daşıyıcıları təmin edən etibarlı tədarükçü adlandırıb.
Bayraktar Antalyada keçirilən Dünya Atom Günləri (World Atomic Days) çərçivəsində keçirilən plenər müzakirədə bildirib ki, Türkiyə ilə Rusiya arasında uzunmüddətli energetika əməkdaşlığı mövcuddur və bu il Rusiyadan təbii qaz idxalının başlanmasının 40-cı ildönümüdür.
"Biz uzun müddətdir Rusiyayla uzunmüddətli energetika əməkdaşlığı çərçivəsində işləyirik. Bu il Rusiyadan təbii qazın idxalının başlanmasının 40 ili tamam olur. Biz "Qazprom"la artıq dörd onillikdir işləyirik. Onlar həmişə Türkiyə üçün etibarlı tədarükçü olublar, buna görə də biz rus şirkətləri ilə işləməyə alışmışıq", - deyə nazir bildirib.
Bayraktar əlavə edib ki, bu şirkətlərin yaxşı və səriştəli olduğunu hesab edir və məhz buna görə də Türkiyə Rusatomla "Akkuyu" AES-in tikintisi layihəsində əməkdaşlıq barədə razılaşıb.