QafqazNews Konkret.az-a istinadən xəbər verir ki, Ukrayna müharibənin 1731-ci günü üzrə Rusiya ordusunun itkilərinə dair göstəriciləri açıqlayıb. Məlumatı Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı yayıb.

Qurumun bildirdiyinə görə, indiyədək Rusiya 1 633 130 hərbçi, 12 485 tank və 25 860 zirehli döyüş maşını itirib. Həmçinin 52 574 artilleriya sistemi, 2 288 reaktiv yaylım atəş sistemi (RYAS) və 1 765 hava hücumundan müdafiə sistemi sıradan çıxarılıb.

İtirilən hərbi aviasiya vasitələrinin sayı 452 təyyarə və 356 helikopterdir. Məlumatda 3 196 yerüstü robot-texnika kompleksi, 614 346 pilotsuz uçuş aparatı və 177 536 avtomobil texnikasının da itirildiyi qeyd olunur.

Bundan başqa, Rusiya 5 192 qanadlı raket, 35 gəmi və kater, 2 sualtı qayıq, eləcə də 4 919 xüsusi avadanlıq itirib.