QafqazNews Bakupost.az-a istinadən xəbər verir ki, Ermənistanın Vanadzor şəhərində yük maşınının iştirakı ilə baş verən zəncirvari yol qəzasında beş nəfər xəsarət alıb.

Yük maşını əvvəlcə park edilmiş və hərəkətdə olan 15 avtomobilə, ardınca ticarət köşklərinə və ağaclara çırpılıb.

Xəsarət alanlardan ikisinin azyaşlı olduğu bildirilir. Hadisə ilə bağlı cinayət işi başlanıb.