QafqazNews Patrulaz.az-a istinadən xəbər verir ki, İmişlinin keçmiş icra başçısı Vilyam Hacıyev azadlığa buraxılıb. Yerli məhkəmə onun cəzasının qalan müddətini çəkməkdən şərti azad edilməsi barədə qərar qəbul edib.
Hacıyev 2020-ci ildə Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyat nəticəsində həbs olunmuşdu. Vəzifə cinayətlərinə görə təqsirli bilinən sabiq icra başçısına yekun qərarla 8 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası verilmişdi.