QafqazNews Baku.ws-ə istinadən xəbər verir ki, İmişlinin sabiq icra başçısı Vilyam Hacıyev azadlığa buraxılıb.
Bu barədə qərarı bu gün Xəzər Rayon Məhkəməsi qəbul edib. Hacıyevin vaxtından əvvəl azad olunması səhhəti ilə əlaqələndirilib. Onun cəza müddətinin bitməsinə bir ildən bir qədər artıq vaxt qalırdı.
Vilyam Hacıyev Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən 2020-ci il mayın 5-də saxlanılmışdı. Bakı Ağır Cinayətlər Məhkəməsi onu xüsusilə külli miqdarda mənimsəmə və rüşvət almaqda təqsirli bilərək 12 il müddətinə azadlıqdan məhrum etmişdi.
Bakı Apellyasiya Məhkəməsi hökmü dəyişdirmədən qüvvədə saxlamışdı. Daha sonra Ali Məhkəmə Hacıyevə təyin olunan cəzanı 8 il 6 aya endirmişdi.