QafqazNews Nocomment.az-a istinadən xəbər verir ki, Bakı-Qazax avtomagistralındakı stasionar postda xidmət çəkən YPX Alayının əməkdaşları yaxınlaşan yük maşınının yavaş və ziqzaqla hərəkət etdiyini görərək onu saxlayıblar.
Sürücü ilkin açıqlamasında səhhətinin kəskin pisləşdiyini, yıxıldığını və özünü halsız hiss etdiyi üçün avtomobili idarə edə bilmədiyini deyib.
Polis əməkdaşları ona dərhal ilkin tibbi yardım göstərib, hadisə yerinə təcili tibbi yardım briqadası çağırıblar. Səhhəti yaxşılaşan əcnəbi sürücü çətin anında ona kömək edən polisə təşəkkür edib.
Baş Dövlət Yol Polisi İdarəsi şəfqətli münasibətin polisin əsas vəzifə borcu olduğunu vurğulayıb. İdarə son dövrlər oxşar halların artdığını bildirərək səhhətində ciddi problem olan sürücüləri sükan arxasına əyləşməməyə və həm özlərinin, həm də digər hərəkət iştirakçılarının həyatını riskə atmamağa çağırıb.