QafqazNews Demokrat.az-a istinadən xəbər verir ki, Ukrayna Prezidenti Volodimir Zelenski Oksana Markarovanın Vaşinqtonda səfir postuna yenidən təyin olunmasını mümkün sayır.

Zelenski bu barədə onlayn brifinqdə danışıb. Onun sözlərinə görə, vəzifəyə namizəd kimi keçmiş baş nazir Yuliya Sviridenko, Sergey Kislitsa, Dmitri Kuleba, Pavel Klimkin və hazırkı xarici işlər naziri Andrey Sibiqa da nəzərdən keçirilir.

Ukrayna lideri Andrey Sibiqadan müxtəlif ölkələrdəki səfirlərlə bağlı yekun hesabat gözlədiyini bildirib. Həmin hesabat çərçivəsində bəzi dəyişikliklərin, o cümlədən Ukraynanın ABŞ-dəki səfiri ilə bağlı qərarın olacağını söyləyib. Zelenskinin sözlərinə görə, dəyişikliklər təkcə ABŞ-dəki təmsilçiliklə məhdudlaşmaya, digər əsas ölkələri də əhatə edə bilər.

O, Markarovanın səfirlik vəzifəsini tutmaq üçün yetərli təcrübə və səviyyəyə malik olduğunu qeyd edib. Zelenski Sviridenko, Kislitsa, Kuleba və Klimkinin də mümkün namizədlər olduğunu deyib, həmçinin Sibiqanın bu vəzifəyə uyğun gəldiyini vurğulayıb.