QafqazNews Manset.az-a istinadən xəbər verir ki, Ukraynanın NATO-ya qoşulub-qoşulmayacağı müharibənin hansı nəticə ilə bitəcəyindən asılıdır. Ukrayna Prezidenti Volodimir Zelenski bu barədə indidən qəti fikir söyləməyin tez olduğunu deyib.
Zelenski WhatsApp vasitəsilə təşkil etdiyi onlayn brifinqdə bildirib ki, Kiyev Alyansa üzvlük ehtimalını nəzərdən keçirir və bu mövzu NATO daxilində də müzakirə olunur. Onun sözlərinə görə, məsələ gündəmdədir və noyabrın 19-da Berlində keçirilən “Könüllülər koalisiyası” toplantısında da müzakirə edilib.
Ukrayna lideri vurğulayıb ki, Fransa və digər müttəfiqlər üçün Ukraynanın təhlükəsizliyini təmin etməyin ən aydın yolunun NATO üzvlüyü olduğu aydındır.
“Fransa və başqa müttəfiqlər Ukraynanın təhlükəsizliyi üçün ən aydın zəmanətin NATO üzvlüyü olduğunu anlayırlar. Alyansı gücləndirməyin ən açıq yolu Ukraynanı üzvlüyə qəbul etmək və müttəfiqlərin sıralarında Ukrayna ordusu kimi bir orduya sahib olmaqdır. Şübhəsiz, bu, həm Ukraynanın, həm də NATO-nun maraqlarına uyğundur”, – Zelenski bildirib.
Xatırladaq ki, noyabrın 19-da Berlində baş tutan “Könüllülər koalisiyası”nın görüşündə Ukraynaya təhlükəsizlik təminatlarının verilməsi, müharibənin sona çatdırılması və ölkənin müdafiə imkanlarının artırılması da müzakirə edilib.