QafqazNews Baku.ws-a istinadən xəbər verir ki, penitensiar müəssisəyə narkotik və psixotrop maddə keçirilməsi cəhdinin qarşısı alınıb. Bu barədə Ədliyyə Nazirliyi məlumat yayıb.
Penitensiar Xidmətin əməliyyat bölməsinin keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitə və psixotrop maddənin müəssisəyə çatdırılması cəhdi müəyyən edilib.
12 saylı cəzaçəkmə müəssisəsində saxlanılan məhkuma tanışının gətirdiyi sovqata baxış zamanı altı bükümdə ümumilikdə 5,874 qram heroin və 2,408 qram metamfetamin tapılıb. Maddələr götürülüb.
Hadisə ilə bağlı araşdırma aparılır.