QafqazNews Yenisabah.az-a istinadən xəbər verir ki, Azərbaycanın 2027-ci il dövlət büdcəsində müdafiə və milli təhlükəsizlik üçün 8,8 milyard manat ayrılması nəzərdə tutulur.
Bu vəsait gələn il üzrə büdcə xərclərinin 20,8 faizinə bərabər olacaq.
Müdafiə və milli təhlükəsizlik xərcləri 2025-ci ilin müvafiq icra göstəricisindən 748 milyon manat, yaxud 9,3 faiz artıq planlaşdırılır.