QafqazNews Patrulaz.az-a istinadən xəbər verir ki, İstanbulda tanınmış sənət adamlarının da adlarının hallandığı narkotik istintaqı çərçivəsində aktrisa Burcu Özberk saxlanılıb.

İstintaq İstanbul Respublika Baş Prokurorluğunun Qaçaqmalçılıq, Narkotik və İqtisadi Cinayətlərin İstintaqı Bürosu tərəfindən başladılıb. Araşdırma narkotik və psixotrop maddələrin ticarəti, təmin edilməsi, istifadəsi və saxlanılması ilə bağlı maddələri əhatə edir.

Prokurorluq 35 şübhəlinin saxlanılması barədə qərar verib. Əməliyyat tədbirləri zamanı Özberklə yanaşı, müğənni Özcan Deniz, aktrisa Deniz Çakır, aparıcı Murat Başoğlu və digər tanınmış şəxslər də daxil olmaqla 23 nəfər tutulub və polis bölməsinə aparılıb.

Hazırda şübhəlilərin ifadələri alınır, müsadirə edilmiş rəqəmsal materiallar araşdırılır. İstintaq tədbirləri davam edir.