QafqazNews Baku.ws-ə istinadən xəbər verir ki, Bakının Xətai rayonunda, 8 Noyabr prospekti boyunca yerləşən Keşlə yağış kollektoru ilə bağlı tikinti və yenidənqurma işləri sona yaxınlaşır. Obyektdə bərpa tədbirləri də aparılır.
Bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) tabeliyində fəaliyyət göstərən “İri Şəhərlərin Su Təchizatı” QSC məlumat yayıb.
Qurumun bildirdiyinə görə, görülən işlər mövcud infrastrukturun texniki durumunu yaxşılaşdırmaq, kollektorun istismar imkanlarını genişləndirmək və ərazidə yağış sularının idarə edilməsini səmərəliləşdirmək məqsədi daşıyır.