QafqazNews Yenisabah.az-a istinadən xəbər verir ki, Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu Laçın rayonunun Güləbird kəndində elektrik təchizatı şəbəkəsi inşa edir.
Fondun keçirdiyi satınalma müsabiqəsinin yekunlarına görə, layihənin həyata keçirilməsi üçün 3 milyon 546 min 329 manat nəzərdə tutulub.
İşğaldan azad edilmiş ərazilərdə aparılan bərpa və yenidənqurma tədbirləri çərçivəsində kəndin dayanıqlı elektrik enerjisi ilə təmin edilməsi planlaşdırılır. Bu, sakinlərin doğma yurdlarına qayıtması və yaşayış infrastrukturunun yaradılması ilə əlaqələndirilir.